31 Yanvar 2019 07:35
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda sərxoş şəxs mağazaya atla daxil olub.

Hadisə Çuyskda, Tokmak şəhərində baş verib.

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda sərxoş şəxsin atın üstündə pillələr qalxdığı və mağazaya daxil olduğu əks etdirilib. Bundan sonra marketin alıcıları atlını yola salıblar. Videoçarxın müəllifinin sözlərinə görə, həmin şəxs sərxoş vəziyyətdə olub.

Agentlik bildirib ki, bu, 39 yaşlı yerli sakindir. Sərxoş şəxs sonra bildirib ki, o, hərəkətlərindən peşmandır. Onun barəsində inzibati protokol tərtib edilib və sərxoş şəxs cərimə olunub.


Müəllif: Teleqraf.com