15 Sentyabr 2019 01:10
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternet fenomeni olan rus əkizlərinin çəkdikləri video narazılıq yaradıb.

Teleqraf.com xəbər verir ki, 48 saniyəlik videoda Adelya və Alina əlil arabasında olan evsiz bir kişiyə suşi sifariş edirlər. Sonra isə çubuqlarla kişiyə suşi yedirirlər. Videonun sonunda "Hamı kömək edə biləcək yaxşı insanların olduğunu bilir" qeyd olunaraq əkizlər təriflənir. Video sosial şəbəkəyə yüklənən kimi böyük tənqidlərə məruz qalıb. İzləyicilər əkizlərin bu video ilə insan ləyaqətini alçaltdığını qeyd ediblər.

İzləyicilər bununla əslində gənc qızların insanalrın ləyaqətini alçaltdıqlarını vurğulayıblar.


Müəllif: İmamət İsmayılova