25 Noyabr 2019 00:58

Ağ Ev prezident Donald Tramp bu il ənənəvi Şükran günündə bağışlayacağı hind quşlarının adlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bayramda süfrəyə qoyulmaqdan canını qurtaran quşlar Çörək (Bread) və Yağdır (Butter). Hazırda quşlar “Willard Hotel”də saxlanılırlar.

Onların bağışlanma mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Şükran günü ənənəsinə görə hər il iki hind quşu bayram süfrəsində yemək olmaqdan xilas edilir.


Müəllif: Teleqraf.com