21 Fevral 2020 09:05
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsində ən qorxunc təbii fəlakətlərdən biri olan buz dövründə canlılar necə sağ qaldı? Milyonlarla il əvvəl baş verən təbii fəlakət nəticəsində niyə canlı populyasiya yox olmadı?

Teleqraf.com xəbər verir ki, Kanadanın Makgill Universiteti buz dövrü ilə bağlı yeni faktları açıqlayıb.

Buz dövrü, okeanların atmosferdəki oksigeni qəbul edə bilmədiyi və Yer kürəsinin buzlaqlar altında qaldığı bir dönəmdi. Buna baxmayaraq, canlıların sağ qalması təəccüblüdür.

Namibiya, Avstraliya və ABŞ-da (Kaliforniya) buzlaqların əriməsindən sonra dəmirlə zəngin qayalar üzərində aparılan araşdırmada yeni məlumatlar əldə edilib.

Dəmirin əmələ gəlməsi üzərində araşdırma aparan araşdırmaçılar təxminən 700 milyon il əvvəl okeanlardakı oksigenin həcmini müəyyən etməyi və bunun sulardakı həyata təsirlərini öyrənib. Araşdırmadan əldə olunan nəticələr əsasında buz təbəqələrinin olduğu bölgələrdə kritik miqdarda oksigenli su olduğu müəyyənləşib.

Beləliklə, 700 milyon il əvvəl hökmranlıq etmiş buz dövründən sonra canlı həyat ortaya çıxan gölməçələrdə davam edib. Əlverişsiz şərtlərə baxmayaraq, canlı populyasiya buzlaqların altında da mövcud idi.


Müəllif: Mənsur Rəğbətoğlu