Rusiya Prezidenti Putin eynək taxmağı sevmir, görüşlərə həmişə gecikir və sənədləri təkbaşına oxumağı sevmir. Rusiya liderinin bu qəribə vərdişləri 2002-2003-cü illərdə müşahidə olunub.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hüquq müdafiəçisi və bloqqer Mark Feyqin deyib.
Putinin yerinə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin mühüm məsələləri həll etməsi ilə bağlı şayiələrə gəldikdə, Feyqin belə fikirlərin onun səhhəti ilə bağlı yayılan məlumatlardan irəli gəldiyini bildirib. Hüquq müdafiəçisi Putinin generallarla görüşmədiyini də iddia edib.
“Putin monoton işə meylli deyil. Darıxdırıcı görüşləri sevmir”, - Feyqin bu barədə Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovdan eşitdiyini deyib.
Kasyanov Feyqinə deyib ki, Putin həmişə hökumətin rəsmi şəxsləri ilə görüşlərinə gecikir. Görüşlər operativ və təcili olsa da, rəsmilər onu 3-5 saat gözləyirlər.
Onun sözlərinə görə, Putin həmişə belə görüşlərdə darıxır. Feyqin əlavə edib ki, Rusiya prezidenti uzun davam edən görüşləri sevmir, ona görə də cəmi 10-15 dəqiqə oturub gedə bilər.
“O, 2002-2003-cü illərdə belə davranıb, aradan 20 il ötüb və durum hələ də dəyişməyib, əksinə, daha da pisləşə bilər”. – Feyqin vurğulayıb.
Feyqin iddiaların əksinə olaraq, Putinin kitab oxumağı da sevmədiyini dilə gətirib: “O, sənədləri belə təkbaşına oxumaq istəmir, ona görə də generallar məlumatı ona danışmalı olurlar”.
Feyqin əlavə edib ki, bu barədə hətta keçmiş rusiyalı bankir Sergey Puqaçov da danışıb.
Hüquqşünas bildirib ki, Putinin digər qəribə xüsusiyyəti isə eynək taxmaqdan utanmasıdır: “O, yaşını etiraf etmək istəmir, ona görə də bütün sənədləri təkbaşına oxuya bilmir, çünki gözləri yorğundur”.
Feyqinin sözlərinə görə, bu gün Patruşev rus generalları ilə müzakirə etdiyi mövzuları Putinə təkrarlayır.
O, tədbirlərdə Rusiya liderinin məmurlarla bir masa arxasında oturmadığını deyib.