26 İyun 2022 01:10
2 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Yukon ştatının Trondek-Xveç bölgəsindəki qızıl axtaran mədənçilər Şimali Amerikada indiyə qədər tapılmış ən yunlu mamont qalığını aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Yukonun turizm və mədəniyyət naziri Ranj Pillay məlumat verib.

“Yukon həmişə Buz dövrü və Berinqiya tədqiqatları üçün beynəlxalq miqyasda tanınmış yer olub. Yunlu mamontlarla bağlı bu mühüm kəşfə görə həyəcanlıyıq”, - nazir deyib.

Yunlu mamont balasına yerli xan dilində “böyük yunlu heyvan” anlamına gələn “Nun ço qa” adını veriblər.

Kəşfdən sonra bölgəyə mamontu araşdırmaq üçün gələn Kalqari Universiteti və Yukon Geoloji Tədqiqat İnstitutunun paleontoloqları və geoloqları hesab edirlər ki, mamont 30 min il əvvəl - buz dövründə donub.

“Əsl yunlu mamontla üz-üzə gəlmək həyatımın ən böyük arzularımdan biri idi. Bu arzum bu gün gerçəkləşdi. Nun ço qa gözəldir və dünyada indiyə qədər kəşf edilmiş ən yunlu Buz dövrü heyvanlarından biridir”, - Kalqari Universitetinin paleontoloqu Qrant Zazula bildirib.

Mütəxəssislər yunlu mamontun dişiyə bənzədiyini və 2007-ci ildə Sibirdə kəşf edilmiş Lyuba adlı 42 min illik yunlu mamont balası ilə eyni ölçüdə olduğunu bildiriblər.

Avrasiya və Şimali Amerikada yayılmış nəsli kəsilmiş mamontlar fillər fəsiləsinə aiddir.


Müəllif: Mənsur Rəğbətoğlu