Zəngin iş adamı İlon Mask sosial şəbəkədəki səhifəsində “Yanmış saç” (“Burned Hair”) adlı ətirin satışa çıxarıldığını bildirib.
Teleqraf.com xəbər verir ki, artıq 10 min şüşə ətir sifariş edilib. Ətirlər gələn ilin birinci rübündə sifarişçilərə çatdırılacaq.
Bir şüşə ətirin qiyməti 100 dollardır. Mask ətiri haqqında “izdihamdan seçilən” və “hava limanında gəzərkən diqqət çəkən” ifadələrini işlədib.