1 Noyabr 2023 08:28
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Apple” şirkəti “Touch Bar” sensor panelli noutbukların satışını dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

M3 ailəsindən olan “MacBook Pro” məhsulunun anonsundan sonra şirkətin saytı yenilənib və “Touch Bar” sensor panelli “MacBook” çeşidləri satışdan yığışdırılıb.

İndi “Apple” şirkətinin “Touch Bar” panelli son modeli 13 düymlük “MacBook Pro” hesab olunur. “Apple” şirkətinin yenilənmiş saytına əsasən, Tim Kukun korporasiyası nəinki təkcə sensor panelli noutbuklardan, həm də 13 düymlük kompüterlərdən imtina edib.

“Touch Bar” panelli ilk noutbuklar “Apple” şirkətində 2016-cı ildən satışa çıxarılıb. 2021-ci ildə 14 və 16 düymlük yenilənmiş “MacBook Pro” məhsullarını buraxan şirkət sensor paneldən imtina edib.


Müəllif: Teleqraf.com