4 Noyabr 2023 08:28
2 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq məşq zamanı çarpaz bağlarını zədələyib. O, xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, Zukerberq xəstəxanadan fotosunu paylaşıb.

Zukerberq cümə günü “İnstaqram” səhifəsində yazıb: "Sparrinq zamanı çarpaz bağımı yırtdım və onu bərpa etmək üçün əməliyyatdan yenicə çıxdım”.

O, gələn ilin əvvəlində baş tutmalı olan MMA döyüşünün (Tesla və X sosial şəbəkəsinin sahibi İlon Maskla – red.) təxirə salınacağını əlavə edib


Müəllif: Teleqraf.com