18 Noyabr 2023 17:10
2 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekoloqlar, bioloqlar və geoloqlardan ibarət böyük bir elmi qrup geniş araşdırma apararaq, qədim Avropanın bütünlüklə meşələrlə örtülmüş bir qitə olduğu nəzəriyyəsinin yanlış olduğunu sübut edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Science Advances” məlumat yayıb.

Elmi dairələr uzun müddətdir 116-129 min il əvvəl, müasir insanların Avropaya ayaq açmasından bir müddət öncə qitənin sıx meşələrlə örtüldüyünə inanırdılar. Yeni araşdırma bu nəzəriyyəni şübhə altına alıb. Məlum olub ki, qitənin yalnız yarısı meşələrdən, qalan ərazilər isə çəmənlik və savannalardan ibarət olub.

Nəticələr müxtəlif bitkilərdən, o cümlədən çəmənliklərdən alınan tozcuqların tədqiqindən çıxarılıb, əvvəlki tədqiqatlar isə yalnız ağac nümunələri üzərində aparılmışdı.

Elm adamları təbii şəraitin bərpasının müasir üsulundan istifadə ediblər, bu da müəyyən dövrlərdə hər bir bölgədə müxtəlif bitkilərin sayını hesablamağa kömək edib. Modelləşdirmə göstərib ki, tədqiq olunan dövrdə qitə geniş çəmənlik və savannalarla örtülü olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər