Qeyri-qanuni yollarla ABŞ-a aparılan Anadolu mənşəli 41 əsər Türkiyəyə qaytarılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Nazirlik və ABŞ-ın Manhetten Bölgəsi Prokurorluğu arasında son 5 ildə inkişaf etdirilən əməkdaşlıq və birgə iş ilə 2021-ci ildən Türkiyəyə qaytarılan mədəniyyət sərvətlərinə yeni mədəniyyət sərvətləri də əlavə edilib.
Nazir müavini Gökhan Yazgı və onu müşayiət edən nümayəndə heyəti Türkiyəyə qaytarılan əsərləri Nyu Yorkdakı Türk Evində qəbul edib.
Açıqlamada qeyd olunub ki, Türkiyə Respublikasının 100 illiyində geri qaytarılan əsərlərin sayı 30 min 59-a çatıb.
Məlumat üçün bildiririk ki, əsərlərin ayın sonunda Türkiyəyə gətirilməsi planlaşdırılır.