4 Yanvar 12:52
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada alimlər koronavirus infeksiyasının JN variantının iki yeni simptomunu aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ştatlar, İslandiya, Fransa, Portuqaliya və İspaniyada da İngiltərədə olduğu kimi JN.1 variantına yoluxma hallarında artım müşahidə olunub.

Milli Statistika İdarəsi bildirib ki, əvvəllər yoluxmuş şəxslərdən məlum olan simptomlara bu tip xəstəlik üçün atipik daha iki əlamət əlavə edilib. Belə ki, şöbədən verilən məlumata görə, xəstələrdə burun axması, halsızlıq, öskürək və baş ağrıları ilə yanaşı, yuxusuzluq və narahatlıq da müşahidə olunur.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər