11 Fevral 13:06
2 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xoşbəxtliyin sirri sadəcə qocalmaqdır.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri "Yaşlı İnsanlar Akademiyası"nın təsisçisi və "Orta həyatı sevməyi öyrənmək: Yaşlandıqca həyatın yaxşılaşmasının 12 səbəbi" kitabının müəllifi Çip Konli irəli sürüb.

"CNBC" nəşri üçün yazdığı məqalədə müəllif orta yaşdakı həyatının iki hissəyə bölündüyünü iddia edir:

"Biri çox qaranlıq - 30 yaşdan 40 yaşa qədər, biri isə həqiqətən böyük - 50 yaşından. Bunun səbəbi isə emosional intellektin artmasıdır".

Onun fikrincə, emosional intellekt, yəni emosiyalarımızı başa düşmək və idarə etmək bacarığı, eləcə də digər insanların hisslərinə həssaslıqla yanaşmaq münasibətlərimizin inkişafına töhfə verir və empatiya səviyyəsini artırır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər