22 Fevral 17:42
1 849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı hüquqşünas Vladimir Oseçkin müxalifət lideri Aleksey Navalnının ürəyinə vurulan bir yumruqla öldürüldüyünü iddia edir.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Britaniyanın “The Times” nəşrinə danışıb.

Oseçkinin sözlərinə görə, bu, keçmiş SSRİ-nin kəşfiyyat orqanı KQB-nin xüsusi təyinatlılarına öyrədilən edam üsulu idi. O qeyd edib ki, bu zaman insan bir neçə saat dondurucu şəraitdə saxlanıldıqdan sonra ürəyinə yumruq vurularaq öldürülürdü.

Oseçkin hesab edir ki, Navalnının bədənində tapılan qançırlar bundan xəbər verir:

“47 yaşlı Navalnı bir neçə həftə əvvəl temperaturun mənfi 27 dərəcəyə düşdüyü Arktika koloniyasına göndərilib. Rusiyalı müxalif ölməzdən əvvəl iki saat yarımdan çox soyuq havada çöldə saxlanılıb. Arktikada məhbuslar adətən bir saatdan çox çöldə saxlanılmır. Ekstremal şəraitdə daha qısa müddətdə açıq havada qalırlar.

Düşünürəm ki, ilk növbədə onu uzun müddət soyuqda saxlamaqla və qan dövranını minimuma endirməklə bədənini çökdürüblər. Əgər əməliyyatı icra edən şəxsin bu mövzuda müəyyən təcrübəsi varsa, saniyələr ərzində birini öldürmək çox asan olur. Bu, KQB-nın xüsusi təyinatlı bölmələrinin köhnə üsuludur. Bir adamı ürəyinə vurulan bir yumruqla öldürmək üçün agentləri öyrədirdilər. Bu üsul KQB-nin fərqləndirici xüsusiyyətidir”.

Oseçkin əlavə edib ki, Arktikada cəza çəkən keçmiş məhbuslar əvvəllər bu üsulla öldürülən insanları gördüklərini deyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər