Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass ölkəsinin dərin dövlət tərəfindən idarə olunduğunu iddia edir.
Teleqraf.com xəbər verir ki, o, vəzifədə olarkən dərin dövlətin sərt müqaviməti ilə üzləşdiyini deyib.
“Baş nazir olduğum 50 günlük müddətdə dərin dövlətə qarşı mübarizə apardım. Mənə verdiyim vədləri yerinə yetirməyə imkan vermədilər. Bu nizamın kəskin reaksiyası ilə üzləşdim. ABŞ və Britaniya dərin dövlət tərəfindən idarə olunur. Britaniyada əvvəllər siyasətçilərin əlində olan hakimiyyət son 30 ildə bürokratlar və hüquqşünasların əlinə keçib”, - Trass bildirib.
Sabiq baş nazir qeyd edib ki, mərkəzi hakimiyyət və dərin dövlətdə solçu agentlər fəaliyyət göstərir:
“Britaniyada vergiləri azaltmaq, hökuməti kiçiltmək və demokratik hesabatlılığı bərpa etmək səylərimi sabotaj edəndə bunu birbaşa gördüm. Gördüymüz budur ki, demokratik yolla seçilmiş hökumətlər öz siyasətlərini həyata keçirə bilmirlər”.