Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, adı açıqlanmayan sərnişin Honq-Konqdan qaçaraq sərhədyanı Çinə keçmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb.
Gömrük xidmətindən verilən xəbərə görə, yoxlama zamanı sərnişinin geyindiyi şalvarın ciblərindən, astarından müxtəlif cinsdə ölçüdə ilanlar tapılıb.
Çin dünyanın ən böyük heyvan alveri mərkəzlərindən biri olsa da, hakimiyyət son illərdə qeyri-qanuni ticarətlə mübarizə aparır. Biotəhlükəsizliklə bağlı qanunlar ölkəyə yad canlı növlərinin gətirilməsini qadağan edir.