7 Yanvar 23:45
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada "McDonald's" fast food restoranlarında işləyən yüzlərlə insan şirkətə qarşı iddia qaldırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Leigh Day" hüquq firması məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, 700-dən çox insan iş yerlərində ayrı-seçkilik və təzyiqlərə məruz qaldığını bildirib. Bundan əlavə, bəzi vətəndaşlar "McDonald's"ın həmkarlarını irqçilikdə ittiham ediblər.

Məlumata görə, hazırda 450-dən çox McDonald's restoranı məhkəmə proseslərində iştirak edir.

Leigh Day şirkətinin mütəxəssisləri şikayətçilər üçün fast food restoranlar şəbəkəsindən təzminat almağı planlaşdırırlar.


Müəllif: Arzu

Oxşar xəbərlər