8 İyul 2017 12:03
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin təkcə musiqiləri oğurluq deyil. Yeməkləri də oğurluqdur, geyimləri də, yaşadıqları torpaqlar da! El arasında belə millətlərə “it oğrusu” deyirlər. Onlar əllərinə keçəni, stolun üstündəki salfetkanı belə oğurlayırlar.

Bu sözləri Teleqraf.com-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov söyləyib.

Qeyd edək ki, ermənilər onun “Sam vayenni, forma qrajdanski” meyxanasını oğurlayıblar. Musiqini rus dilində eybəcər şəkildə ifa edən ermənilər onu İrəvan küçələrinin birində lentə alınan və avtomobil karvanından bəhs edən videonun arxa fon musiqisi kimi istifadə ediblər, oxuduqları mahnının bəzi yerlərində hətta eyni sözləri işlədiblər.

Ağamirzə danışarkən əsəblərini cilovlamağa çalışıb:

“Danışa da bilmirəm, hirslənirəm. Özümə görə yox, Zəhra balamıza görə. İnşallah, ordumuz hər şeyə görə ermənilərdən qisas alacaq. Həm Zəhraya görə, həm indiyə kimi öldürdükləri bütün azərbaycanlı qadınlarına, uşaqlarına, əsgərlərinə görə bir-bir cavab verəcəklər. Ordumuz onların gəzdiyi torpaqları, nəfəs aldıqları havanı burnundan gətirəcək”.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər