12 Sentyabr 2023 14:45
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 11-dək olan dövrdə işğaldan azad edilmiş ərazilərdə 306 nəfər minadan zərər çəkib.

Teleqraf.com xəbər verir ki, onlardan 55 nəfəri həlak olub, 251 nəfəri isə yaralanıb.

O cümlədən, 42 mülki şəxs həlak olub, 101 nəfər isə xəsarət alıb. Eyni zamanda, 13 hərbi qulluqçu həyatını itirib, 150 nəfər isə yaralanıb.

Həmin dövrdə 96 558 ədəd mina və digər partlayıcı vasitələr aşkar edilib. Onlardan 47461-i partlamamış hərbi sursatlar, 29568-i piyadalar əleyhinə, 17028-i isə tank əleyhinə minalardır. Bu dövr ərzində 965,587.994 kv.m ərazi (96 558,8 ha) - mina və digər partlayıcı qurğulardan təmizlənib.


Müəllif: Teleqraf.com