28 Noyabr 2023 13:44
12 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan separatçıların fəaliyyətlərini ölkəsində davam etdirmək istəklərinə qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Xaçaturyan Ermənistanda “belə qurumlar”ın fəaliyyətinə ehtiyacın olmadığını bu sözlərlə ifadə edib:

“Ermənistan Respublikası var, onun institutları fəaliyyət göstərir. Ermənistan Qarabağ ermənilərinin hüquqlarını qoruyur”.

Prezident əlavə edib ki, Ermənistan 1991-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər