4 Dekabr 2023 19:22
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (27 oktyabr - 03 noyabr) məlumatında deyilir.

Məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2575,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Müəllif: Teleqraf.com