25 Fevral 15:44
3 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bu ölkəni "Rusiyanın arxa bağçası" adlandıranlara cavab verib.

Teleqraf.com xəbər verir ki, o, bununla razılaşmadığını bildirib.

Dekotini ad çəkmədən Rusiyaya xitabla belə deyib:

"Ermənistan kiminsə "arxa bağça"sı deyil, suverenliyi və ərazi bütövlüyü Fransa tərəfindən dəstəklənən dost ölkədir”.

"Politico" bundan əvvəl yazmışdı ki, Fransa Ermənistanla silah tədarükü və digər hərbi sövdələşmələr vasitəsilə Rusiyanın "arxa bağça"sında öz bayrağını qaldırır. ABŞ nəşri Ermənistanın bununla öz ağasını dəyişdirdiyinə eyham vurub. Yəni uzun illər Rusiyanın Cənubi Qafqazda forpostu olan Ermənistan bu dəfə Fransanın "arxa bağça"sına çevrilmək üzrədir.

Rusiyanın ictimai-siyasi çevrələrində Ermənistanın xarici siyasətindəki kəskin dəyişiklik "xəyanət" adlandırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər