28 Fevral 18:23
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

Elm və Təhsil Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir.

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.


Müəllif: Teleqraf.com