18 Aprel 13:52
2 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlı qoşunlarının Azərbaycan ərazisini tərk etməsi Cənubi Qafqazda dəyişən durumla əlaqəlidir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

Ekspert bildirib ki, sülhməramlıların çıxarılması sensasiyaya çevrilmədi, əvvəldən gözlənilirdi.

Markedonov hesab edir ki, Rusiyanın hərbi kontingentinin Azərbaycan ərazisində - Qarabağda yerləşdirilməsi qərarı konkret tarixi şəraitdə verilib, bu, yeni status-kvoya uyğun gəlmədikdə dəyişdirildi.

“Rusiya qoşunlarının çıxarılması Cənubi Qafqazda baş verən mühüm dəyişikliklərin nəticəsidir. Baxmayaraq ki, təkcə postsovet məkanının bu hissəsində yox, həm də bütün Avrasiyada. Moskva bu coğrafiyada artan rəqabət və qarşıdurma ilə üz-üzədir, onun müstəsna rolu və üstünlüyü sınanılır”, - politoloq bildirib.

Markedonov sülhməramlıların çıxarılmasını “məğlubiyyət” adlandıranlarla razılaşmadığını da söyləyib. Onun fikrincə, sülhməramlıların fəaliyyətini bir ifadə ilə qiymətləndirmək mümkün deyil. Politoloq hesab edir ki, bu qərar konkret şərait və bölgədə yaranan yeni reallıq kontekstində verilib.

“Qafqaz tarixində yeni mərhələnin şahidi oluruq ki, bu mərhələ Rusiya və vətəndaşları üçün əvvəlkindən daha çətin olacaq. Ancaq çətinliklər xarakteri sərtləşdirir. Bunu kəşf edən biz deyilik”, - Markedonov vurğulayıb.

Rusiyalı ekspertə görə, təkcə hərbi əməliyyatlar yox, yeri gələndə geri çəkilmək də böyük geosiyasət üçün tamamilə qanuni tədbirdir.


Müəllif: Mənsur Rəğbətoğlu