Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması planlaşdırılmırdı, əksinə, qalmaq istəyirdilər.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
“Rusiya sülhməramlılarının indi çıxarılması nəzərdə tutulmurdu. Çünki bundan az əvvəl Rusiya tərəfi sülhməramlıların ərazilərin minalardan təmizlənməsinə kömək edəcəyini bəyan etmişdi. Üstəgəl, missiyanın genişləndirilməsi ilə bağlı da fikirlər vardı. Sonra gözlənilmədən sülhməramlıların çıxarıldığını bildirdilər. Bu o deməkdir ki, bu, planlaşdırılmış aksiya deyildi, əksinə, qalmaq istəyirdilər”, - ekspert vurğulayıb.