1 Dekabr 2017 13:20
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çağırılmamış yerlərdə qonaq olmaq istəmirəm.

Bu sözləri “Kardeşim benim 2” türk filmində çəkilən azərbaycanlı aktyor Kamran Ağabalayev qalaya dəvət olunmamasına aydınlıq gətirərkən Teleqraf.com-a deyib.

Kamran Ağabaleyev bildirib ki, dəvət olunmayan yerə getməyi özü üçün əskiklik sayır:

“Çağırılmamış yerlərdə qonaq olmaq istəmirəm. Bunu özümə təhqir hesab edirəm. Sayanın quluyam, saymayanın ağası. Səhlənkarlıq insanlara xas xüsusiyyətdir onsuz da. Qəbahət təştilatçılardadır”.

Xatırladaq ki, dünən Bakıda “Kardeşim benim 2” türk filminin qala gecəsi olub. Qala gecəsində filmin baş rol ifaçılarından biri, Türkiyənin məşhur aktyoru Burak Özçivit də iştirak edib.


Müəllif: Xəzər Süleymanlı