Fransanın paytaxtı Parisdə Luvr muzeyində nümayiş etdirilən Leonardo da Vinçinin şah əsəri olan Mona Liza tablosu bir ziyarətçinin hücumuna məruz qalıb.
Teleqraf.com yerli mediaya istinadla xəbər verir ki, iqlim fəalı olduğu bildirilən şəxs yaşlı qadın paltarı geyinərək əlil arabası ilə sərgi salonuna daxil olub.
Özü ilə gətirdiyi qaymaqlı tortu Mona Lizanın tablosuna atan və yerə qızılgül ləçəkləri səpən şəxs mühafizəçilərin müşayiəti ilə zaldan çıxarılıb.
O, kameralara tərəfə dönərək deyib: “Dünyanı düşünün. Planeti məhv etməyə çalışanlar var. Bütün sənətçilər planeti düşünür, buna görə bunu etdim”.
Tablo qoruyucu şüşə qat sayəsində zədələnməyib.
Muzey ziyarətçilərinin şüşəsi qaymaqlı olan tablonun şəkilini çəkmək yarışa girməsi diqqətdən qaçmayıb.
Qeyd edək ki, rəsm əvvəllər də dəfələrlə hücuma məruz qalıb. 2009-cu ildə bir rus qadın Mona Liza tablosuna bir fincan çay atmışdı.