13 Sentyabr 2022 01:23
2 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli amerikalı aktrisa Marşa Hant 104 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb.

Marşa Hant 1917-ci il oktyabrın 17-də Çikaqoda anadan olub və yetkinlik yaşına çatmamışdan cəmi bir il əvvəl “Paramount Pictures”lə əmək müqaviləsi bağlayıb.

Marşa Hant "Bu Qlamur Qızlar", "Qürur və qərəz", "Güzəştsiz" və bir çox başqa layihələrdəki rolları ilə tamaşaçılara tanışdır.


Müəllif: Teleqraf.com