Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yarım əsrdən çox fəaliyyət göstərən “Elm və həyat” jurnalının yeni nömrəsi nəşr olunub.
Elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayan jurnalın bu nömrəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr” adlı məqaləsi yer alıb.
Bundan başqa, jurnalda “AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi potensialı”, “Azərbaycanın dövlətçilik tarixi arxeoloji tədqiqatlarda” mövzularında məqalələr və coğrafiyaçı-alim, şair Oqtay Ələkbərovun Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş alimlərə ithaf etdiyi şeiri də öz əksini tapıb.
Qeyd edək ki, jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, məsul katib isə AMEA-nın “Mətbuat orqanları” şöbəsinin rəis müavini Turan Rəhimovadır.
Bəkir