14 Mart 2017 08:05
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook Messenger”də postların 1 gündən sonra avtomatik ləğv edilməsi funksiyası əlçatan olub. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, sözügedən funksiya “Messenger Day” adlandırılıb. İstifadəçi fotoşəkillər və ya videoçarxlar çəkə, onlara müxtəlif stikerlər, emodzi və effektlər əlavə edirlər. Bundan sonra istifadəçilər 24 saat müddətində foto və ya videolara baxa bilərlər.

Artıq “iOS” və “Android” sistemli qurğuların istifadəçiləri bu funksiyadan istifadə edə bilərlər.

Qeyd edək ki, ilk dəfə “Snapchat” messencerində postların avtomatik ləğvi funksiyası istifadəyə verilib. Avtomatik ləğv edilən postlar artıq "VKontakte" sosial şəbəkəsi və “Instagram”da da reallaşdırılıb.


Müəllif: