Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu gün, oktyabrın 26-da, saat 05:00-da ölkə ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv edilib.
Bu barədə Teleqraf.com-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin yay vaxtının tətbiq edilməsi haqqında 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.