4 Noyabr 2014 00:02
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi işlərə girişmək yolverilməzdir. Yaxşı olar ki, bu ərəfədə yalnız daxili sabitliyinizi qoruyasınız. Xətakar olmayın.

BUĞA - Deyəsən iqlimin şıltaqlığı səhhətinizi zəiflətmək fikrindədir. "Hakim" olan Əqrəb sizin bürcə müxalif olsa da, məğlub olmaq sizə yaraşmaz. Qonaq getmək düşərli olsa da, başqa ünvanda gecələməyin.

ƏKİZLƏR - Hər bir ixtiyar öz əlinizdədir. Bu təqvimin axarı və nəticəsi atacağınız addımlardan asılı olacaq. Ulduzlar ağır işlərdən kənarlaşmağı məsləhət görür. Səfərə də çıxmaq olar.

XƏRÇƏNG - Ötən günlərlə müqayisədə rahatlığınız bir qədər artacaq. Müsahiblərinizlə maraqlı olmayan mövzulardan bəhs etməyin. Yeni əlaqələr yaratmaq fikrinizdə qətiyyətli olun.

ŞİR - Ulduzlar xəbər verir ki, ötən günlərdə bir neçə səhv qərar çıxarmısınız. Bu səbəbdən də çətinlikləriniz artıb. İxtiyarınızda olan bu günü həmin səhvləri aradan qaldırmağa yönəltməlisiniz.

QIZ - Daxili orqanlarınızda nasazlıq əmələ gələ bilər. Bu amili nəzərə alıb geyiminizə və qidanıza fikir verin. Qonaq getdiyiniz təqdirdə soyuq və spirtli içkilərdən uzaq olun.

TƏRƏZİ - Bu arada uzaq səfərə çıxmasanız, hansısa problemlə rastlaşmayacaqsınız. Çalışın ki, ürəyiniz istəyən adamların arasında olasınız. Sübuta yetirilməmiş səhvlərə görə kimisə qınamayın.

ƏQRƏB - Günün ilk yarısında bir qədər xoşagəlməz situasiyalarla rastlaşa bilərsiniz. Özünüzü təmkinli aparın. Sonrakı saatlarda sevdiyiniz adamların əhatəsində olun. Elektriklə ehtiyatlı davranın.

OXATAN - Maddi problemləriniz olsa da, astroloji göstəricilər bunun qanqaraçılığa səbəb olmayacağını vurğulayır. Əksinə, çoxdan görmədiyiniz yaxınlarınızla əlaqə yaradıb rahatlanacaqsınız.

OĞLAQ - Bütün diqqətinizi istirahətə yönəltsəniz, daha xoş ovqat qazana bilərsiniz. Çünki bu təqvimdə fəaliyyətə ara verməyiniz, əvəzində qonaqlıq və səfərə getməyiniz məsləhət görülür.

SUTÖKƏN - Saat 12-yə qədərki vaxtı gərginlik içərisində başa vura bilərsiniz. İnsanlar müxtəlif xislətli olduqlarından təmkininizi artırmalısınız. Sonra isə proseslər xeyrinizə cərəyan edəcək.

BALIQLAR - İxtiyarınızda olan bu gündə ovqatınızın yüksək olacağına şübhə etməməlisiniz. Romantik görüş və qonaqlıqlar yolunuzu gözləyir. Axşama yaxın mövcud problemlərinizin həlli üçün dəstək alacaqsınız.


Müəllif:

Oxşar xəbərlər