Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində də dekabrın 14-də havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şimal küləyi gecə saatlarında arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır.