11 Yanvar 2015 16:23
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın məşhur "Panasonic" şirkəti "ağıllı güzgü" üzərində çalışır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, yeni texnoloji aparat daha çox qadınlar üçün nəzərdə tutulub. "Elektron məsləhətçi" zərif cinsin nümayəndələrinə kosmetika seçməkdə kömək edəcək, dəriləri, bədən quruluşları ilə bağlı məsləhət verəcək, hətta onlara uyğun pəhrizi belə müəyyən edəcək. "Panasonic Lumix" kameraları ilə çalışan sistemdə hər şey çox sadədir. Kamera sizin şəklinizi çəkir, əksiniz dərhal monitorda görünür. Bundan sonra sizə yalnız seçdiyiniz kosmetikanı sifətinizə yaxınlaşdırmaq qalır. Kompyuter ştrix-kodu hesablayır və dərhal ekranda sizin makiyajlı halınız görünür.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər