16 Avqust 2015 15:59
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mezoterapiya turşu, ferment, vitamin, mineral, homeopatik dərmanlar və digər terapevtik elementlərin mikro iynə üsulu ilə dərinin orta təbəqəsinə yeridilməsi prosesidir. Mezoterapiya iynələrlə hüceyrələrə xəbərdarlıq göndərilməsi və o bölgədəki toxumaların yenidən normal funksiyalarına qovuşmasına imkan yaradan bir müdaxilədir. Latınca "orta" “müalicə” sözlərinin əmələ gəlib və “orta dəri müalicəsi” mənasını verir. 1952-ci ildə həkim Mişel Pistorun sınaqdan çıxartdığı və sonradan inkişaf etdirilərək 1987-ci ildə Fransız Tibb Akademiyasında tibbi müalicə üsulu kimi qəbul edilən bu üsul artıq bütün dünyaya yayılıb.

Publika.az-ın gözəllik bölməsi mezoterapiyanın faydalarını təqdim edir.

Ağız yolu ilə qəbul edilən, yaxud damarlara iynə üsulu ilə verilən dərmanların hamısı hər zaman bədənin bütün hissələrinə çatmaya bilər. Dərman tam yayılmadan orqanizmdən atıla bilər. Sistem yolu ilə qəbul edilən dərmanlar qan dövranı yolu ilə bütün bədəni gəzərək lazımsız orqan, toxuma və əzələ qruplarına da təsir göstərir. Mezoterapiya üsulunda isə dərmanlar mikro iynə üsulu ilə problemli bölgəyə birbaşa vurulur. Digər toxuma və orqanlara təsir göstərmir. Mezoterapiya iynələrlə hüceyrələrə xəbərdarlıq göndərilməsi və o bölgədəki toxumaların yenidən normal funksiyalarına qovuşmasına imkan yaradan bir müdaxilədir.

Kimlərə tətbiq olunur?

Mezoterapiya üsulu hamilələr, iflic keçirmişlər, xərçəng xəstələri, şəkər xəstələri, qan laxtalanması problemi olanlar və çoxlu dərman müalicəsi tələb edən ürək xəstələri xaricində, sağlam olan hər kəsə tətbiq oluna bilər. Mezoterapiyanın əsas üstünlüyü odur ki, yüz faiz müalicəvidir və istənilən yaşda, istənilən şəxsə (həm qadına, həm də kişiyə) tətbiq oluna bilər.

Mezoterapiya müalicəsi sellülit, saç tökülməsi, yağlanma və üz cavanlaşması məqsədilə istifadə olunur. Mezo iynələr vurulduğu bölgədə yüngül qançırlara səbəb ola bilər. Lakin belə şikayətlər qısa müddətdən sonra yox olur. Bədənin mezoterapiyaya cavab verməsi bədənin strukturundan asılı olsa da, orta hesabla 2-3 seansdan sonra effekt görünür.

Mezoterapiya sellülit müalicəsində geniş istifadə edilir. Xüsusilə, qadınlarda rast gəlinən sellülit problemi ilə əlaqədar tətbiq edilən mezoterapiya müalicəsi 2 ay sonra uğurlu nəticə verir. Müalicədən sonra sellüliti olan xəstə düzgün qidalanma proqramı və məşqlə sellülit mezoterapiyasından uzunmüddətli nəticələr ala bilir.

Saç mezoterapiyası

Saç mezoterapiyası da yaxşı nəticələr verir. Alopesiya deyilən saç tökülməsi xəstəliyi saçların bir hissəsinin, yaxud hamısının tökülməsi deməkdir. Bunun qarşısını almaq üçün muzoterapiya əla üsuldur. Ancaq seanslar xəstənin saç tökülmə tipi və vəziyyətinə görə müəyyən edilir. Çox incə uclu iynələrlə saçlı dərinin orta - dermis təbəqəsinə yeridilən minerallar, vitaminlər saç kökünü bəsləyir.

Saç mezoterapisyasının faydaları

1. Mezo iynələr saç tökülmə problemini kökündən həll edən və qan dövranını bərpa edən estetik müdaxilədir.

2. Mezoterapiyadan sonra nazik saç telləri qalınlaşır.

3. Saç muzoterapiyasından sonra saç kökləri möhkəmlənir, sürətlə uzanır, tökülmə azalır. Xülasə, saç mezoterapiyası vasitəsilə saç tökülməsi nəzarət altına alınır, tökülməni dayandırır, incə telləri qalınlaşdırır, seyrəkləşmiş hissələr yeni gur və sağlam tüklərlə bərpa edilir.

Mezoterapiyanın dərini cavanlaşdırmaq xüsusiyyəti

Mezoterapiya ilə bədənin istənilən yerini cavanlaşdırmaq, qüsurları bərpa etmək mümkündür. Məsələn, mezo iynələr bədənin tez qocalmağa meylli olan üz, əllər, boyun və sinə dekoltesi kimi həssas yerlərinə “anti-aging” (yaşlılıq əleyhinə) təsir göstərir, kollagen istehsalını stimullaşdırır, dərini cavanlaşdırır, ona parlaqlıq verir və təravətləndirir. Günəş şüaları və dərinin zamanla kollagen itirməsi dərinin qocalma prosesini sürətləndirir. Mezoliftlər sayəsində antioksidantlar, vitaminlər və digər faydalı maddələr dəriyə nüfuz edir və ona gənc görünüşü qazandırır.

Mezoterapiya ilə arıqlama

Yağlı yeməklər, artıq çəki dərinin həm görünüşünü korlayır, həm də sağlamlığa pis təsir edir. Arıqlamağın min bir üsulu olsa da, onların çoxu zəhmət və vaxt tələb edir. Çoxları iradəli olmadığı üçün pəhrizi yarımçıq qoyur, çəkisi ilə barışır. Bu da insanın növbəti dəfə stress keçirməsinə səbəb olur.

Müasir dövrdə arıqlamağın ən yaxşı yollarından biri də mezoterapiyadır. Qidalanma rejimi və məşqlər ilə planlaşdırdığınız çəkiyə düşə bilmirsinizsə, yaxud çətinlik çəkirsinizsə, bu zaman mezo iylərin gücündən yararlana bilərsiniz. Mezoterapiya ilə bədənin istənilən nahiyəsində toplanmış yağları tez bir zamanda əridə bilərsiniz. Bu üsulla problemli bölgələrə piy parçalama funksiyası olan dərmanlar, iynələr yeridilir. Nəticədə həmin bölgədəki yağ hüceyrələrinin əridilməsi və ümumi qan dövranına daxil olaraq bədəndən atılması təmin edilir.


Müəllif:

Oxşar xəbərlər