Rusiyanın Çelyabinsk şəhərinin Mias qəsəbəsində yaşanan olay ölkədə kəskin etirazla qarşılanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qəsəbədə yerləşən hündürmərtəbəli binaların birində 4 yaşlı uşaq pəncərəyə çıxaraq, "ölümlə oynamağ"a başlayıb. Baş verənlər qarşıdakı binadakı sakinlər tərəfindən mobil telefonla lentə alınıb. Görüntülərdə uşağın evdə tək olduğu aydın əks olunub. Azyaşlı bir müddət sonra əllərini buraxaraq, aşağı boylanıb. 15 dəqiqədən sonra hadisədən xəbərdar olan qonşular polisə xəbər verib.
İddialara görə, valideynlər evin pəncərəsinin açıq qalmasından xəbərsiz olub.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir