10 Oktyabr 2015 08:05
524

NASA-nın "sirli planet" adlandırdığı Plutonun yeni fotosunda mavi səma qeydə alınıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "New Horizons" komandasının elmi rəhbəri doktor Alan Stern Plutonun mavi səmasının "göz qamaşdırıcı" olduğunu deyib.

Bundan əlavə planetin səthində çoxlu sayda qırmızı buz parçalarının olduğu məlum olub.

Alimlər Plutonda buzla örtülü 3400 metrlik dağların olduğunu açıqlayıblar. Dağların yaşı 100 milyon il olduğu qyed edilib.

Rüstəm


Müəllif: