Sankt-Peterqburq şəhərində Fontank sirkinin açılışına qatılan Rusiyanın mədəniyyət naziri Vladimir Medinski çətin anlar yaşayıb.
Səhnədə məşq keçən fil nazir Medinskiyə və onunla bərabər açılışa qatılan Dumanının deputatı, məşhur müğənni İosif Kobzon və şəhər qubernatoru Gennadi Poltavçenkoya hücum edib. Filin gəldiyini görən Kobzon səhnədən kənara çıxıb, digərləri isə heyvandan qaçmaqla canlarını qurtarıblar. Yayımlanan görüntülərdən filin rəsmilərlə oynamaq istədiyi məlum olub.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir