Cari ilin yanvarında Davosda keçirilmiş Dünya İqtisadi Forumunun hesabatına əsasən, 5 il sonra iş yerlərinin sayı azalacaq. Belə ki, dördüncü sənaye inqilabı indi mövcud olan peşə bacarıqlarının 35%-dən çoxuna təsir edəcək.
2020-ci ilə robot texnikası və avtonom işləyən nəqliyyat vasitəsi, süni intellekt və kompüter təlimi aktuallaşacaq, yeni materiallar, biotexnologiya əlçatan olacaq. Bu isə o deməkdir ki, bir sıra peşə sahiblərinə tələbat olmaya bilər. Əksinə, hazırda mövcud olmayan peşələr gələcəkdə adi hala çevriləcək.
Forumda iştirak edən işə götürənlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, 2020-ci ilə qədər ən çox tələbat olan 10 peşə bacarığı müəyyənləşdirilib:
Kompleks məsələlərin həlli
Tənqidi təfəkkür
Yaradıcılıq qabiliyyətləri
İdarəetmə qabiliyyəti
Başqa şəxslərlə koordinasiya
Emosional intellekt
Düşünmək və qərar qəbul etmək qabiliyyəti
Xidmət sahələrinə köklənmək
Danışıqların aparılması bacarığı
Koqnitiv elastiklik.