10 Sentyabr 2019 14:40
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarovun 2019-cu il 9 iyul tarixli S/01-19 nömrəli sərəncamı ilə İsraildəki Azərbaycan diasporunun fəal nümayəndəsi, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qut “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Arye Qut özü məlumat verib.

A.Qut qeyd edib ki, İsrail vətəndaşı olaraq bu medalı almaq onun üçün böyük qürurverici hadisə və İsraildəki real Azərbaycan diaspor komandasının əməyinə verilən böyük qiymətdir. O, bu münasibətlə hər kəsə təşəkkürünü çatdırıb.


Müəllif: Səxavət