30 May 2020 19:26
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il may ayının 21-də Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qondarma Dağlıq Qarabağ rejimi heç bir beynəlxalq hüquqa sığmayan andiçmə şousu təşkil etdi. Bu addım işğalçı ölkənin həm aparılan danışıqlar prosesinə, həm də beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə nə dərəcədə sadiq olduğunu bir daha nümayiş etdirdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Millət vəkilinin sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, AŞPA kimi digər beynəlxalq təşkilatlar özlərinin rəsmi sənədlərində həmin əraziləri Azərbaycan ərazisi kimi qəbul edir:

“Bütün bunlara məhəl qoymayan Ermənistan tərəfi qondarma rejimin "prezidenti"nin oyuncaq andiçməsinə qatıldı. Babası faşizmə xidmət etmiş baş nazir Nikol Paşinyan da bir daha sübüt etdi ki, yürütdüyü siyasətin mərkəzində faşizm prinsipləri dayanır”.

Millət vəkilinin fikrincə, Paşinyanın bu oyuncaq seçkilərə dəstək verməsi və andiçmə şousunda iştirakı göstərdi ki, Ermənsitanın siyasəti işğalçılıq prinsiplərinə əsaslanır: "Təəsüf ki, bəzi beynəlxalq təşkilatlar Ermənistanın bu addımına biganə yanaşdı və konkret bir reaksiya göstərmədilər. Bu da anlaşılandır. Çünki artıq Ermənistan bəzi xairici qurumlar üçün oyuncaq bir dövlət rolunu ifa edir. Bu ölkənin rəhbərləri öz xalqını məhz asılı olduqları həmin təşkilatların diqtəsi ilə idarə edir”.

Milli Məclisin üzvü bu proseslərin əksinə, Azərbaycanın bu gün həm regionda, həm də beynəlxalq arenada sayılan-seçilən bir dövlət kimi qəbul edildiyini vurğulayıb.

Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi güc və enerji təhlükəsizliyi baxımında beynəlxalq arenada öz mövqeyini möhkəmləndirdiyini deyən C.Osmanovun sözlərinə görə, bütün bunların fonunda Azərbaycan kimi dövlətlərin uğurlu inkişaf yolu tutması bəzi beynəlxaql təşkilatlar, qurumlar tərfindən asanlıqla həzm olunmur. Ona görə də, həmin təşkilatlar ölkəmizə qarşı ikili standartlardan çıxış edirlər.

Millət vəkili son günlər Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı məsələdə erməni lobbisi tərəfindən bəzi beynəlxalq qurumların hansı yollarlasa ələ alındığını bildirib: "Həmin qurumlar nədənsə işğalçı Ermənistan tərəfində hüquqları pozulmuş, işgəncələrə məruz qalmış, fundamental hüquqları tapdanmış, öz yurd-yuvalarından qovulmuş Azərbaycan vətəndaşları ilə bağlı eyni mövqe ortaya qoymurlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər