28 İyul 2023 20:11
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin bağlanış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankara “TGG Anadolu”nun daha bir yüksək seqmentini hazırlayacaq və artıq əvvəlcədən yeni sifarişlər almağa başlayıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğana görə, milli döyüş təyyarəsi olan “Kaan”la bağlı qardaş Azərbaycan ilə layihə ortaqlığına dair saziş imzalanıb: "Bu, iki ölkə arasında həmrəyliyin bir nişanəsidir”.

Türkiyənin dövlət başçısı əlavə edib ki, ötən aylarda ilk uçuşunu edən HÜRRJET təyyarəsi 2025-ci ildə silahlı qüvvələrə təhvil veriləcək və Türkiyə müdafiə sənayesində tam müstəqillik hədəfinə çatmaq istiqamətində səylər davam etdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər