25 May 15:20
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda vəziyyətin gərginləşməsi, orada siyasi hakimiyyətin qararlar qəbul etməsini çətinləşdirəcək. Amma buna baxmayaraq Azərbaycan tərəfi yenə də ümidli olmalıdır ki, proseslər irəliləsin. Bunun üçün də addımlar atılmalıdır.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, Ermənistanda situasiya onsuz da hər zaman gərgin olub:

“Bütün hallarda Azərbaycan tərəfi olaraq bu məsələ ətrafında düşünüb, öz addımlarımızı atmalıyıq”.

Partiya sədri hesab edir ki, bundan sonrakı mərhələdə nə baş verəcəksə, onu prosesin gedişində düşünmək olar:

“Amma hələ ki, belə bir məsələ düşünürəm ki, ölkəmizin gündəmində durmur. Biz Azərbaycan tərəfi olaraq da çalışmalıyıq Ermənistanın başı çox qarışıq olmasın”.

Fazil Mustafaya görə, Qazax istiqamətində artıq xətlər müəyyənləşdi:

“Digər ərazilərdə də sərhədlərin müəyyənləşməsi və işin irəliləməsi hər iki tərəfin xeyrinədir”.

Qeyd edək ki, son dövrlər Rusiya-Ermənistan gərginliyi fonunda Azərbaycanla aparılan sülh prosesinin dayanacağı, delimitasiya işlərinin təxirə düşəcəyi ilə bağlı iddialar gündəmə gətirilmişdi.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər