Ermənistan xarici işlər naziri Ararat Mirzoyan noyabrda Bakıda keçiriləcək COP29 konfransına qatıla bilər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
"Azərbaycan COP29 konfransında iştirak üçün Ermənistana dəvət göndərib. Ermənistan Xarici İşlər Nazirliyinə ünvanlanan məktuba müsbət cavabın verilməsi mümkündür. Ermənistan ötən il bu tədbirin ölkəmizdə keçirilməsi üçün namizədliyini geri götürmüş, Bakının namizədliyini dəstəkləmişdi. Bu, qarşılıqlı saxlanılan hərbçilərin mübadiləsi və digər məsələlərlə bağlı Bakı və İrəvanın birgə bəyanatında əksini tapmışdı.
Ermənistan tərəfindən bu konfransda iştirak üçün xarici Mirzoyan Bakıya göndərilə bilər. Azərbaycan bundan yararlanaraq çərçivə sazişinin Bakıda bağlanmasında maraqlıdır. Hətta həmin sazişin COP29-a qədər imzalanması da mümkündür. Bu, tərəfləri bir-birinə bir qədər də yaxınlaşdıracaq", - ekspert vurğulayıb.