"Dünyada baş verən proseslər fonunda az sayda müstəqil siyasət yürüdən liderlər var ki, onlardan da biri - Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycanı quran İlham Əliyevdir. Cənab Prezident hakimiyyətdə olduğu müddətdə, ömrünün ən gözəl çağlarında ölkəmizin müdafiə qabiliyyətini möhkəmləndirməyə çalışıb, Azərbaycanın unikal xarici siyasət xəttini formalaşdırıb və ölkəmizi bütün dünyada tanıdıb".
Bunu Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
O qeyd edib ki, məhz İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan çiçəkləndi:
"İlham Əliyev Azərbaycana qarşı olan beynəlxalq təzyiqlərin qarşısını almağa nail olub. Vətənimizi parçalamaq istəyənlər neytrallaşdırılıb. Ulu Öndərin yadigarı asta-asta ən ciddi siyasi gedişlərini etməyə başladı. Qısa zaman ərzində ölkəmizdə görünməmiş səviyyədə iqtisadi yüksəliş olub ki, bu da xarici düşmənləri narahat daim narahat edib. Bütün bunların fonunda Ali baş Komandan Ordunun güclənməsinə daha çox diqqət edirdi. Ordunu canından çox sevirdi. Hər il Azərbaycanın büdcəsindən yüksək miqdarda pul ayrılırdı. Müzəffər sərkərdənin yürütdüyü hərbi siyasət 2020-ci ildə öz bəhrəsini verdi. Ali Baş Komandanın rəhbərliyi altında Heydər Əliyevin arzuları çin oldu".
Məhəmməd İmanlı bildirib ki, İlham Əliyevin apardığı siyasət Azərbaycanı daha da gücləndirdi:
"Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri ölkəmizi dünya xəritəsində möhkəmləndirdi. İndi hər kəs Azərbaycanla hesablaşır. Bunun hamısı İlham Əliyevin dövlətimizə olan sevgisinin təzahürüdür. Ölkəmiz pandemiya zamanı minlərlə insana və 60-dan çox ölkəyə humanitar yardım edib. Qısa zaman ərzində Azərbaycanın Avropaya qaz nəqlini çoxaltması ölkəmizin nüfuzunun daha da artmasına səbəb oldu. Bundan başqa, COP29-un uğurla həyata keçirilməsi İlham Əliyevin xidmətləri sayəsində baş verib. Dünyanın böyük dövlətləri ilə eyni hüquqa sahibik. Türk dövlətləri arasında əlaqələrin güclənməsində prezidentimiz müstəsna fəaliyyət göstərib. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması da tarixi hadisə idi. Ordumuz Türk modeli əsasında formalaşdırılır. İlham Əliyevin sayəsində Azərbaycan 200 ildən sonra bütün ərazilərini azad edə bilib. Dövlət başçımıza möhkəm can sağlığı və bundan sonra uğurlu siyasi fəaliyyət arzu edirəm".