“Gürcüstan-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir, lakin əməkdaşlığın, xüsusən də iqtisadi sahədə daha da gücləndirilməsi üçün potensial mövcuddur”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
O, hökumətlərarası komissiyanın Bakıda keçirilmiş iclasında hər iki ölkənin iştirakı ilə reallaşdırılan mühüm layihələrin müzakirə olunduğunu bildirib.
“Bu layihələr yalnız ölkələrimiz üçün deyil, bütün bölgə və daha böyük region üçün mühüm əhəmiyyət kəsb edir. Biz artıq planlaşdırılan və gələcəkdə planlaşdırıla biləcək tranzit layihələrində Gürcüstan və Azərbaycanın rolunu gücləndirmək üçün əlaqələrimizi daha da sıx inkişaf etdirməyə davam edəcəyik”, - XİN başçısı deyib.