Azərbaycan Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə təxminən 3 milyard dollar həcmində birbaşa sərmayə qoyub.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili gürcü jurlanistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, investisiyalar müxtəlif sahələr üzrə şaxələndirilir:
“Hökumətlərarası komissiya çərçivəsində biz konkret layihələrə toxunduq. Bizim birgə müəssisələrin yaradılması və əlavə investisiyaların yatırılması ilə bağlı yeni əməkdaşlıq perspektivlərimiz var”.