Bələdiyyə seçkilərində ilkin nəticələr sabah gecə saatlarında açıqlanacaq.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 28-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ilkin olaraq MSK-ya daxil olan seçki protokollarına dair nəticələr gecə saatlarında açıqlanacaq.
M.Pənahov əlavə edib ki, şəxsiyyət vəsiqəsinin vaxtı bitən şəxslər də seçkilərdə iştirak edə bilərlər: "Hər il olduğu kimi, bu il də şəxsiyyət vəsiqəsinin vaxtı bitənlər üçün güzəştlər olacaq və onlar seçkilərdə iştirak edəcəklər".