28 Yanvar 17:35
238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin adından AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatlar yayılıb.

Teleqraf.com xəbər verir ki, Ayxan Hacızadə həmin məlumatın saxta olduğunu bildirib.

Qeyd edək ki, həmin saxta məlumatda Ayxan Hacızadənin adından deyilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quş sürüsü ilə toqquşması versiyasını təsdiqləyir.

Eyni zamanda, guya, Azərbaycanın yalan məlumatlara görə Rusiyadan üzr istədiyi də vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər