28 Yanvar 10:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə işçi qrupu yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında formalaşdırılıb.

Vurğulanıb ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidə aparacaqlar. Yerlərdə aparılan müşahidənin nəticələri ilə bağlı məlumat hər saatdan bir Ombudsmana təqdim ediləcək və zərurət yarandığı təqdirdə, hüquqların təmini istiqamətində Mərkəzi Seçki Komissiyası ilə birgə müvafiq tədbirlər həyata keçiriləcək.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər